Dünya

"İsraildə Azərbaycan səfirliyinin açılması bu sahələrdə əməkdaşlığı daha da genişləndirəcək"

29 Mart 2023 16:12
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə əməkdaşlığı daha da genişləndirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant tvitter hesabında qeyd edib.

"Ölkələrimiz arasında sıx əlaqələri müzakirə etmək üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək çox xoş oldu. Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi alqışladım", - deyə o əlavə edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.