Dünya

Ölüb-dirilən adam yaşadıqlarını danışdı: Bədənimi...

27 Mart 2023 00:30
Baxış: 6 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə ürək dayanması səbəbindən bir neçə dəqiqə həyatını itirən və daha sonra həyata qaytarılan Kevin Hill adlı şəxs ölümündən danışıb.

Milli.Az xəbər verir ki, Kalsifilaksiya adlı xəstəlikdən əziyyət çəkən Hill dünyasını dəyişdiyi anlardan xəbərdar olduğunu bildirib.

İki litr yarım qan itirən və qan itkisi səbəbindən ürəyi dayanan Hill reanimasiyadan qısa müddət sonra stabilləşib.

Kevin ölüm anında yaşadıqlarını danışaraq bunun qəribə olduğunu qeyd edib: "Bədənimi görə bilmədim, amma ondan ayrı olduğumu hiss etdim. Sanki ruhlar aləmindəydim. Baş verənlərdən xəbərdar idim, amma həm də rahat idim".

Kevin Hill onu xilas etməyə çalışan tibb işçilərinə baxdığını xatırladığını, lakin öldüyünü bilmədiyini deyib: "Mən bilirdim ki, ölmək vaxtım deyil. Mən öldüm və dirildim". /azxeber

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.