Dünya

Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb

22 Mart 2023 21:58
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Edinburqda gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Şotlandiya Təcili Yardım Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 21 nəfər xəstəxanaya çatdırılıb, 12 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Gəmi sağ tərəfə 45 dərəcə bucaq altında əyildikdən sonra "Leithdə" yerləşən "Imperial Dock"da (İmperator Limanı) böyük bir xilasetmə əməliyyatı başladılıb.

Hadisə yerinə mütəxəssislər, təcili yardım maşınları, yanğınsöndürmə qrupları və polis cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.