Dünya

Beynəlxalq Donorlar konfransının iştirakçıları Türkiyə və Suriya üçün 7 milyard avro toplayıblar

20 Mart 2023 22:56
Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konfransın bağlanışında Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson deyib.

"Toplanan vəsaitlərin ümumi məbləği 7 milyard avro təşkil edib", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.