Dünya

Ermənistan Ukraynadakı separatçılara "yardım" apardı

20 Mart 2023 16:31
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın nəzarində olan Mariupol şəhərində Ermənistan və Dağıstan bayraqları həkk olunmuş "humanitar yardım" daşıyan yük maşınları müşahidə olunub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya prezidentinin səfərindən sonra dağıdılmış şəhərdə yük maşınları kolonları müşahidə olunub:

"Metallurqov prospektində İlyiç istiqamətində Ermənistan və Dağıstan bayraqları və "Humanitar missiya" yazısı olan dörd avtomobil kolonu qeydə alınıb".

Qeyd edək ki, ötən gün Kreml rəhbəri Vladimir Putinin Mariupola getdiyi barədə məlumat yayılmışdı

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.