Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar altında qalan qızıl-zinət əşyalarını axtarsa da tapa bilməyib.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, ardınca aidiyyatı qurumlar ərazidə dağıntıları təmizləmə işlərinə başlayıb. Bildirilir ki, ailə üvləri qızılın olduğu yer barədə dağıntıları təmizləyən işçilərə məlumat verib. Məhz onların səyi nəticəsində ailəyə məxsus qızıllar tapılıb. Onların 40 min lirə dəyərində olduğu bildirilir. Qızılların tapıldığı barədə xəbər alan qadın qaçaraq əraziyə gəlib. O sevincdən huşunu itirib. Qadının həyat yoldaşı və ətrafdakılar müdaxilə edərək, qadını ayıldıb.
Milli.Az