Dünya

Yaponiya ilk dəfə etiraf etdi: Vaksin 42 yaşlı qadının ölümünə səbəb olub

12 Mart 2023 07:30
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ilk dəfə olaraq təsdiq edib ki, həyatını itirən 42 yaşlı yaponiyalı qadın məhz koronavirusa qarşı vurdurduğu peyvəndin əks təsirindən həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənbə iddia edib ki, ümumilikdə, son üç il ərzində Yaponiyada koronavirusa qarşı peyvənd olunmuş 2 000 şəxs həyatını itirib, lakin ölkənin səhiyyə qurumu bu ölümlərin peyvəndlə birbaşa əlaqəli olmadığını açıqlayıb.

Lakin ötən gün ilk dəfə olaraq Yaponiyanın əsas səhiyyə qurumu peyvəndlə ölüm arasında səbəb-nəticə əlaqəsini istisna edə bilməyəcəyini qeyd edib.

Hələlik vaksinin təsiri nəticəsində həyatını itirən şəxsin adı, soyadı və hansı vaksindən istifadə etdiyi barədə heç bir məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.