Dünya

Türkiyədə zəlzələ faciəsinin acı hekayələri davam edir - Azyaşlının meyiti atasına təhvil verildi

3 Mart 2023 22:08
Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kahramanmaraşın Onikisubat səmtində yaşadıqları mənzilin çökməsi nəticəsində ailəsi ilə birlikdə dağıntılar altında qalan Mukaddes Erva Aktaş 6 saat sonra yaralı halda çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,qonşuları tərəfindən təcili yardıma təhvil verilərək xəstəxanaya çatdırılan Mukaddes Ervadan bir daha xəbər alınmayıb.

Zəlzələdən 20 gün sonra Mukaddes Ervanın qonşuları tərəfindən təcili yardıma çatdırılması anlarının video görüntüləri də ortaya çıxıb.

Məlum olub ki, atası Abdullah Aktaşın günlərlə axtardığı qızı Mukaddes Erva dünyasını dəyişib. Kahramanmaraşda xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişən Mukaddes Ervanın yetimlər qəbiristanlığında torpağa tapşırıldığı müəyyən edilib. Prokurorluğun qərarı ilə eksqumasiya edilən Mukaddes Ervanın meyiti atasına təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.