Dünya

Belə BİABIRÇILIQ OLMAMIŞDI: Həkim səhvən xəstənin cinsi orqanını qopardı

4 Mart 2023 08:47
Baxış: 3 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada yerləşən və uzun illərdir fəaliyət göstərən və dünya mətbuatının gündəminə çevrilən bir hadisə baş verib. Bu əməliyyatda baş verənlər tibb tarixinə keçib.

Milli.Az xarici media-ya istinadən xəbər verir ki, adı açıqlanmayan 60 yaşlı kişi səhhətində yaranan problemlərlə bağlı xəstəxanaya müraciət edib. Burada aparılan müayinə və analizlər nəticəsində kişinin xərçəng olduğu açıqlanıb.

Həkimin məsləhəti ilə dərhal müalicəyə başlamaq istəyən yaşlı şəxs 1 ay sonra əməliyyat masasına uzanıb. Həkim pasientin qasıq nahiyyəsindəki şişi çıxarıb sağlamlığını bərpa etmək niyyətində idi, amma hadisələr gözlənilən kimi cərəyan etməyib.

Sözügedən əməliyyatda naşı cərrah "şiş" olduğunu düşündüyü toxumanı götürsə də, əməliyyatdan sonra səriştəsiz həkimin xəstənin cinsi orqanını bədənindən ayırdığı üzə çıxıb.

Qeyd edilir ki, 60 yaşlı zərərçəkən həkimi və xəstəxananı məhkəməyə verib. İş üzrə ilk məhkəmə iclası martın 9-da keçiriləcək.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.