Dünya

III Çarlzın taxtı tacqoymadan öncə təmirə göndərildi – FOTO

2 Mart 2023 17:55
Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl bərpaya göndərilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, 700 illik palıd taxt "son dərəcə kövrəkdir". Bərpaçılar kürsünü təmizləyir və soyulmuş zərli təbəqələri bərpa edirlər.

Taxt 1272-ci ildən 1307-ci ilə qədər hökmranlıq edən Kral I Edvardın əmri ilə hazırlanıb. O vaxtdan bəri, demək olar ki, bütün tacqoyma mərasimlərində istifadə olunur.

Bildirilir ki, artıq dörd aydır ki, taxtın bərpası üzərində iş gedir.

Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.