Dünya

AB-nin sursat istehsalı ilə bağlı planı...

1 Mart 2023 23:07
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası bu ilin yazında Ukraynaya yardım üçün sursat istehsalını artırmaq planlarını açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Şpiqel" nəşri məlumat yayıb.

Məlumata görə, təşkilat həmçinin AB anbarlarındakı ehtiyatlarını artırmağı planlaşdırır:

"Gözlənilir ki, AB rəhbəri Ursula fon der Leyen Ukraynaya hərbi yardım planı çərçivəsində martın 2-si müvafiq təşəbbüsü AB üzvlərinə təqdim edəcək".

Sənədin üç komponentdən ibarət olduğu qeyd olunub:

Birinci vacib aspekt Ukraynaya 155 mm-lik artilleriya mərmilərinin istehsalı və tədarükünün artırılmasıdır - AB xərcləri Avropa Sülh Fondu (APF) hesabına ödəməyi planlaşdırır.

İkinci komponent Avropa Müdafiə Agentliyi EDA ilə əməkdaşlıq çərçivəsində AB-nin öz 155 mm-lik mərmi ehtiyatının təmin edilməsini nəzərdə tutur.

Üçüncü komponent regionda mövcud təhlükəsizlik vəziyyətindən asılı olaraq tənzimlənəcək Avropa sursat istehsal potensialının uzunmüddətli formalaşmasını müəyyənləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.