Dünya

COVID-19 virusu Vuhandakı laboratoriyadan sızıb - Federal Təhqiqatlar Bürosu

1 Mart 2023 09:18
Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey COVID-19 pandemiyasının virusun Vuhandakı laboratoriyadan sızması nəticəsində baş verdiyini deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, FTB direktoru virusun mənşəyinə dair araşdırmaların onun Vuhandakı laboratoriyadan qaynaqlandığını göstərdiyini bildirib.

"FTB-nin dəyərləndirmələri bir müddətdir ki, pandemiyanın mənşəyinin böyük ehtimal Vuhandakı laboratoriya insidenti olduğunu göstərir", - deyə Rey "Fox News"a bildirib.

FTB direktoru Çini qlobal pandemiyanın mənbəyinin müəyyənləşdirilməsini mümkün olan hər yolla ləngitməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, ötən şənbə "Wall Street Journal" da ABŞ Enerji Nazirliyinin pandemiyanın Çindəki laboratoriya insidenti nəticəsində baş verməsi qənaətinə gəlməsinə dair məlumat dərc edib.

Çin COVID-19 virusunun Vuhanda laboratoriyadan sızması ilə bağlı iddiaları təkzib edir və bunun qaralama kampaniyasının bir hissəsi olduğunu bildirir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.