Dünya

Əfqanıstan Tacikistanla sərhədə əlavə qüvvələr göndərdi

28 Fevral 2023 09:17
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Əfqanıstan - Tacikistan sərhədinə əlavə qüvvələr yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 27-də Əfqanıstanın Kunduz polisi rəisi Bəxtiyar Maaz bildirib.

O, əyalətdə qanunu pozan bütün hərəkətlərin dayandırılacağını deyib.

"Qala-e-Zal, İmam Sahib və Kəlbad rayonları Tacikistanla sərhəddə yerləşir. Xoşbəxtlikdən bu əyalətdə kifayət qədər sərhədçi və polisimiz var və heç kim problemlə üzləşmir", - deyə Maaz bildirib.

Onun sözlərinə görə, əyalətdə "Taliban"ın hakimiyyətinə qarşı çıxan bir nəfər də olsun şəxs və ya qrup yoxdur.

Polis rəisi əlavə edib ki, heç kimin insanların təhlükəsizliyini pozmağına icazə verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.