İranın əmək və sosial təminat naziri Seyid Sultan Mirtəzavinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfərə gedib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, səfərin Ermənistan əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın dəvəti ilə bağ tutduğu bildirilib.
Səfərin məqsədi əmək və sosial müdafiə sahəsində, o cümlədən əmək resurslarının mübadiləsi, birgə tədris mərkəzlərinin yaradılması, uşaq məsələləri və s. istiqamətlərdə ikitərəfli əməkdaşlığı gücləndirməkdir.
27-28 fevral tarixində İran nümayəndə heyəti Ermənistan hökumət üzvləri ilə bir sıra görüşlər keçirəcək.
Milli.Az