Dünya

Ukrayna “Vaqner”lə əlaqəli şəxslərə sanksiya tətbiq edib

27 Fevral 2023 08:15
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna "Vaqner" özəl hərbi şirkətlə (ÖHŞ) əlaqəli şəxslərə, o cümlədən muzdluların fəaliyyətini təmin edən hüquqi şəxslərə sanksiya tətbiq edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının qızları - Veronika və Polinaya sanksiya tətbiq edib.

Bundan başqa, sanksiyalar altına "Vaqner" ləqəbli, adı çəkilən ÖHŞ-nin qurucusu sayılan Dmitri Utkin də düşüb.

Ümumilikdə sanksiya siyahısına 164 fiziki şəxs və 85 şirkət daxildir. Onlara ticari, həmçinin başqa iqtisadi və maliyyə əməliyyatları yasaqlanır, eyni zamanda Ukrayna ərazisindəki aktivlərin dondurulması, texnologiyaların ötürülməsi qadağası və s. işə salınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.