Dünya

Börns: Yalnız bu halda Rusiya danışıqlara gedilə bilər

27 Fevral 2023 07:52
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yalnız Ukraynanın hərbi uğurları Rusiya ilə gələcək danışıqların perspektivlərini yaxşılaşdıra bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

"Mən Rusiyanın indi ciddi şəkildə danışıqlara kökləndiyini düşünmürəm. Və düşünürəm ki, yalnız Kiyevin döyüş meydanında irəliləyişi gələcək danışıqlar üçün perspektivləri yaxşılaşdıra bilər", - Börns bildirib.

Onun sözlərinə görə, Ukrayna danışıqların mümkün olub-olmamasına qərar verməlidir. Və buna görə də döyüş meydanında üstünlük əldə etməsi üçün bu ölkəyə Amerika yardımını davam etdirmək həyati vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.