Misir xarici işlər naziri Sameh Şükrü 10 il sonra Türkiyəyə səfər edəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
O, sabah türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Birgə mətbuat konfransından sonra iki nazirin zəlzələdən ziyan görmüş ərazilərə baş çəkəcəyi gözlənilir.
Milli.Az