Dünya

Donetskdə Rusiyanın itkilərinin PEYK FOTOsu

26 Fevral 2023 21:54
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Rusiya hərbçiləri xeyli itki verib. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyatın hesabatına istinadən məlumat yayıb.

Bundan əlavə, Uqledar istiqamətindən müvafiq peyk şəkli yayılıb.
Fotoda elit adlanan 155-ci dəniz piyada briqadasına məxsus məhv edilmiş Rusiya hərbi texnikasının miqdarı əks olunub.

Britaniya kəşfiyyatı qeyd edib ki, hava-desant piyadalarından fərqli olaraq, 155-ci briqada Ukraynada vahid qruplaşma şəklində yerləşdirilməyib.

Analitiklər əlavə edib ki, Rusiya dəniz piyadaları ən çətin taktiki tapşırıqları yerinə yetirərkən Uqledar yaxınlığında böyük itkilər verib.

Rusiya komandanlığı itki verdikdən sonra onların yerini təcrübəsiz səfərbər olunanlarla doldurub.

"155-ci briqadanın bölmələrinin Uqledar yaxınlığında yenidən yeni hücumlara cəlb edilməsi real ehtimalı var", - hesabatda vurğulanır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.