Dünya

İran - Rusiya oyununun vaxtı açıqlandı

26 Fevral 2023 20:21
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya millisinin İranla keçirəcəyi yoxlama oyununun vaxtı açıqlanıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarşılaşma martın 23-də, Tehranda keçiriləcək.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Rusiya millisi 2022-ci ildə üç yoldaşlıq oyunu keçirib. Komanda Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.