Dünya

“Bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq” - Zelenski

25 Fevral 2023 07:19
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beynəlxalq tərəfdaşlar müharibədə Ukraynaya aktiv dəstəyi azaltsalar, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Belə ki, Rusiya digər ölkələri işğal etmək üçün NATO ölkələrinə hücum edəcək".

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

"Əgər onlar öz fikirlərini dəyişməsələr, bizi başa düşməsələr, Ukraynanı dəstəkləməsələr, NATO-nu itirəcəklər. Amerika Birləşmiş Ştatlarının təsirini itirəcəklər. Dünyada olan tamamilə ədalətli olan liderlik mövqelərini itirəcəklər və 40 milyon əhalisi olan, milyonlarla insanın yaşadığı dövlətin dəstəyini itirəcəklər. Biz doğrudanmı bu qədər fərqliyik? Əminəm ki, yox", - Zelenski vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.