Dünya

Bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edib

24 Fevral 2023 08:54
Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya hökuməti 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze deyib.

"Avstraliya hökuməti Ukraynaya əlavə hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Biz Ukrayna hərbçilərini döyüş meydanında kəşfiyyat aparmağa imkan verən pilotsuz uçuş aparatları ilə təmin edəcəyik,və 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyik", - deyə baş nazir bildirib.

Baş nazir bildirib ki, sanksiyalar siyahısında Rusiyada "enerji, təbii sərvətlər, sənaye, təhsil, əmək, miqrasiya və səhiyyəyə cavabdeh olan nazirlər, habelə Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən vətəndaşlar və təşkilatlar" yer alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.