Dünya

“Dünya ermənilərin ətrafında dönmür” – Armen Gevorqyan

23 Fevral 2023 22:05
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz anlamalıyıq ki, dünya ermənilərin ətrafında dönmür".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Gevorqyan deyib.

Siyasətçi Ermənistanın ictimai-siyasi çevrələrinin həm beynəlxalq platformalarda, həm də bölgədə gedən geosiyasi proseslərə yanaşmada adekvat davranmadıqlarını bildirib:

"Bu vəziyyətdə ən vacib şey rasional olmaqdır. Ən vacib məsələlərdən biri də başa düşməkdir ki, oyun ermənilərlə bağlı deyil, yəni dünya ermənilərin ətrafında dönmür. Bəli, biz bəzi qlobal gəlişmələrin bir hissəsinə çevrilmişik və bu gün müxtəlif geosiyasi mərkəzlər faktiki olaraq bu amildən müxtəlif yollarla istifadə edə bilirlər. Ermənistanın indiki hakimiyyətinin apardığı siyasətin erməni cəmiyyətini, müxtəlif geosiyasi baxışların ideya və gözləntilərini nə dərəcədə qane etdiyi ayrı sualdır.

Fikrimcə, bu gün üç çox aydın strateji hədəf var və regionumuzun inkişafı onun ətrafında cərəyan edir. Birincisi, Rusiyanı regionda geosiyasi cəhətdən neytrallaşdırmaqdır. İkincisi, Xəzər hövzəsinin enerji ehtiyatlarına sahiblik və bunların nəqli üçün sərbəst imkanların yaradılmasıdır. Üçüncü problem Rusiyanın, eləcə də Çinin tranzit imkanlarının məhdudlaşdırılmasıdır. Bəli, belədir, çünki son onilliklərdə müxtəlif dəhlizlərdə özünü büruzə verən istəklər digər geosiyasi mərkəzləri də çox narahat edir, onlar bu imkanları maksimum dərəcədə məhdudlaşdırmaq üçün hər şeyi etməyə çalışacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.