Dünya

Çindən nüvə müharibəsi xəbərdarlığı: “Qalib tərəf...”

21 Fevral 2023 21:47
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin dünya ictimaiyyətini nüvə müharibəsində heç bir qalibin ola bilməyəcəyini bildirir və bu müharibənin heç vaxt açılmaması ilə bağlı konsensusa ciddi şəkildə riayət etməyə çağırır.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Çinin Qlobal Təhlükəsizlik Konsepsiyasında deyilir.

Sənəddə nüvə silahına malik 5 dövlətin başçılarının nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı 2022-ci ilin yanvarında dərc edilmiş birgə bəyanatının saxlanılmasının zəruriliyi qeyd edilir.

Bundan əlavə, nüvə müharibəsi riskini azaltmaq üçün nüvə ölkələri arasında dialoq və əməkdaşlığın gücləndirilməsinin önəminə diqqət çəkilir. Ədalətli, birgə və qarşılıqlı faydalı beynəlxalq nüvə təhlükəsizliyi sisteminin yaradılması üçün nüvə təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsinin zəruriliyi də vurğulanır.

Qlobal Təhlükəsizlik Konsepsiyası 2022-ci ilin aprelində Çin lideri Si Cinpin tərəfindən irəli sürülüb. Bu gün "Sinxua" agentliyində dərc olunan konsepsiyada Çin qlobal təhlükəsizliyin 6 prinsipini qeyd edib və bu sahədə beynəlxalq əməkdaşlıq üçün 20 prioritet istiqamət irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.