Dünya

Ukraynada 16 mindən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir

21 Fevral 2023 14:05
Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müstəqil araşdırmalarda müharibə başlayandan bəri Ukraynada 16000-dən çox mülki şəxsin öldürüldüyü ehtimal edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 2023-cü ilin 13 fevralına qədər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 18 955 mülki itki qeydə alıb ki, bunlardan 7199 ölü və 11756 yaralıdan ibarətdir. Mülki itkilərin 697-si 2023-cü ilin yanvarında baş verib. Ancaq Ali Komissarlıq faktiki rəqəmlərin xeyli yüksək olduğunu ehtimal edir", məlumatda deyilir.

Britaniya kəşfiyyatı digər müstəqil təhlillərə əsasən, müharibədə 16 mindən çox mülki şəxsin öldürüldüyünü ehtimal edir.

"2023-cü ilin yanvarına olan məlumatlar zorakılığın 1200 km-lik cəbhə xətti boyunca davam etdiyini, lakin əsasən Donetsk, Luqansk və Zaporojye vilayətlərində cəmləşdiyini göstərir. 2023-cü ilin yanvar ayı ərzində həm tibb, həm də təhsil müəssisələrinə hücumda intensivlik daha da artıb. Davamlı mülki itkilər Rusiyanın artilleriya və digər ərazi silah sistemlərindən istifadə edərkən obyektlərə ayrı-seçkilik etməməsi ilə bağlıdır", -Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.