Dünya

Türkiyəli nazirin canlı yayımda duyğulu anları - VİDEO

18 Fevral 2023 06:52
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin daxili işlər naziri Süleyman Soylu "CNN Türk" televiziyasında Əhməd Hakanın suallarını cavablandırarkən duyğulu anlar yaşayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazir Soylu zəlzələnin ilk saatlarından həmin bölgədə olduğunu açıqlayıb.

O bildirib ki, hazırda Antakyadadır və bu ağır zəlzələnin baş verdiyi hər bölgədə hadisələri koordinasiya etmək üçün lazımi qurumların əməkdaşları ilə qiymətləndirmə işləri aparırlar:

"Kahramanmaraşda gördüyüm ilk tablo Trabzon küçəsi idi. İnsanlar kömək istəyirdi. Allah heç kəsə fəlakət yaşatmasın. O zaman zəlzələnin nə qədər böyük olduğunu gördük. İlk axtarış-xilasetmə qrupu saat 9.30-da yanımızda oldu. Böyük mübarizə başladı. Zəlzələnin mərkəzi olan Pazarcıka getməyə çalışdıq. Saat 13.24-də ikinci zəlzələ oldu və bir avtomobil qarşımızda yuvarlandı. Bundan sonra şəhərə qayıtdıq və həm axtarış-xilasetmə işlərini, həm də oradakı digər prosesləri izləməyə çalışdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.