Dünya

Yardım gecəsində ifası ilə milyonları ağlatdı - VİDEO

17 Fevral 2023 14:45
Baxış: 3 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Karsu Dönməz Niderlandda zəlzələ qurbanları üçün 88 milyon avro ianə toplayıb.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən dəhşətli fəlakətdə yaxınlarını itirən ulduz, yaşadığı ölkədə böyük bir yardım kampaniyasına başlayıb. Canlı yayımlanan gecədə 88 milyon avro toplandığını öyrənən Karsu göz yaşlarına hakim ola bilməyib. O, ağlayaraq "Təşəkkür edirəm, Niderland" deyib.

Canlı yayımlanan yardım gecəsində Karsu "Neredesin sen" adlı türkünü səsləndirib, fonda isə zəlzələ görüntüləri yayımlanıb. Karsunun yanğılı ifası ekran qarşısında onu izləyən milyonlarla tamaşaçını göz yaşlarına boğub.

Məlumat üçün bildirək ki, sənətçinin zəlzələdə 16 qohumu dünyasını dəyişib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.