Dünya

Gəlinlə bəy dəhşətli zəlzələdə öldü - FOTO

16 Fevral 2023 23:11
Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə baş verən dəhşətli zəlzələ günü evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü İskəndərunda kirayə aldıqları evdə dağıntılar altında qalaraq həyatlarını itiriblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hurriyet" məlumat yayıb. Gəlinin böyük bacısı bildirib ki, 3,5 aylıq qızına toy günü Elif adını qoyublar.

Toy gecəsi həyatını itirən bəylə gəlindən geriyə qalanlar isə zəlzələdən saatlar əvvəl çəkilmiş fotolar və videolar olub. Görüntülərdə evli cütlüyün zala girərək rəqs etməsi əks olunub. Fotodakı 6 nəfərdən 5-nin öldüyü, bir qızın isə yaralı olaraq sağ qaldığı öyrənilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.