Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan CHP-nin sabiq sədri, tanınmış siyasətçi Dəniz Baykalın vəfatı ilə əlaqədar ailəsini ziyarət edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Ərdoğan və xanımı mərhum siyasətçinin həyat yoldaşı Olcay və qızı Əsli Baykala başsağlığı verib.
Qeyd edək ki, fevralın 11-də Türkiyənin tanınmış siyasətçisi və dövlət xadimi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal 84 yaşında infarkt nəticəsində vəfat edib.
Milli.Az