Pyotr Poroşenko prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putindən Donbası Ukraynadan almağı xahiş edib. Çünki Poroşenko Donbası Ukraynanın bir hissəsi kimi görmək istəmir.
Milli.Az axar.az-a istinadən xəbər veirr ki, bunu Ukraynanın keçmiş deputatı, vətənə xəyanət maddəsilə həbs olunan, daha sonra Rusiya ilə əsir dəyişməsində istifadə edilən Viktor Medvedçuk Belarus dövlət televiziyası CTV-nin efirində bildirib.
"Sizə deyə bilərəm ki, Poroşenko mənimlə söhbətində dəfələrlə deyib: "Putinə deyin, qoy Donbası götürsün. Həmin illərdə Putin rəsmi müsahibələrində Donbasın Ukrayna olduğunu daim vurğulayırdı. Poroşenko ondan (Donbasdan - red.) qurtulmağa çalışdı. Çünki o, başa düşürdü ki, ona Donbas lazım deyil", - siyasətçi iddia edib.
Milli.Az