Dünya

Ana qızını 20 ilə yaxın əsarətdə saxladı - FOTO

12 Fevral 2023 12:51
Baxış: 1 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada yaşlı qadın 39 yaşlı qızını 20 ilə yaxındır qapalı şəraitdə saxladığı üçün həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis rəisi Karlos Alberto Braqa Diniz Netonun sözlərinə görə, zərərçəkmiş ac və susuz, əlləri və ayaqları bağlı vəziyyətdə tapılıb. Onun evdə olan anası isə açıq-aşkar sərxoş olub.

Həkimlər və sosial işçilər zərərçəkmişi müalicəyə göndəriblər.

Polis hesab edir ki, ana gənclik illərində iki övladını itirməsi ilə başlayan psixoloji pozğunluq səbəbindən qızını bağlı saxlayıb.

Braziliyalı ana və onun şəriki saxlanılıb. Polis araşdırmaları və cinayətin digər şəriklərinin axtarışını davam etdirir. Belə ki, vəziyyət bütün yerli sakinlərə məlum olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.