Dünya

Dağıntılar altında 128 saat qalmış 2 bacı xilas edildi - VİDEO

11 Fevral 2023 18:07
Baxış: 1 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı - 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.