Türkiyədə zəlzələdən böyük zərər çəkən Hatay vilayətinin Altınözü rayonunda böyük çökmələr baş verib.
Milli.Az xəbər verir ki, dərin çatların yarandığı Tepehan kəndinin torpaq quruluşu dəyişib. Zəlzələdən əvvəl zeytunluq olan torpaq indi kanyon kimi görünür.
"TRT Haber"in yaydığı videoda ərazidəki yüksəklik fərqi zəlzələnin şiddətini ortaya qoyur.
Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20665 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 91511 nəfər yaralanıb.
Milli.Az