Dünya

İran televiziyası futbol şərhçisinə türkcə danışmağa icazə vermədi - VİDEO

11 Fevral 2023 16:51
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Premyer Liqasının 19-cu turu çərçivəsində Təbrizin "Traktor" klubu ilə Tehranın "Həvadar" komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Futbol yarışlarının tanınmış Güney azərbaycanlı aparıcısı və şərhçisi Məhəmməd Rəcəbi zəlzələ ilə bağlı yaranmış acınacaqlı şəraitə görə bir neçə kəlmə türkcə danışmaq istəsə də, buna icazə verilmədiyini deyib.

"İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram. Qəhrəman milətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik", - deyə Rəcəbi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.