Dünya

“Telegram”ın qurucusu Dubayın ən nüfuzlu adamı SEÇİLDİ - FOTO

12 Fevral 2023 06:31
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Telegram" ani mesajlaşma onlayn proqramının qurucusu, 38 yaşlı Pavel Durov Dubayda ən nüfuzlu şəxs kimi tanınıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, 15,1 milyard dollar kapitalı olan Durov 22 yaşında Rusiyanın ən böyük sosial şəbəkəsi "Vkontakte"ni yaratdıqdan sonra Rusiyanın Mark Zukerberqi kimi tanınıb.

"Daha sonra 2013-cü ildə o, mesajların, video və audio zənglərin tam şifrələnməsini dəstəkləyən ani mesajlaşma xidməti olan Telegram-ı işə salıb", - deyə Durovun "Arabian Business" saytındakı profilində deyilir.

Yeri gəlmişkən, bir müddət əvvəl Durov "Forbes"in Birləşmiş Ərəb Əmirliklərinin ən varlı adamları siyahısına başçılıq edib.

Qeyd edək ki, Pavelin dörd vətəndaşlığı var: Rusiya, Saint Kitts və Nevis, Fransa və Birləşmiş Ərəb Əmirlikləri.

İş adamı 2017-ci ildən Əmirlikdə yaşasa da, yalnız bu il günəş altında olan bu yerin vətəndaşı olub. Yeri gəlmişkən, varlıların ümumi sıralamasında Durov 123-cü yeri tutur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.