Dünya

Türkiyədə hər kəsi ağladan görüntü: ana son nəfəsində körpəsini əmanət etdi - VİDEO

10 Fevral 2023 18:00
Baxış: 2 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələnin yaratdığı dağıntılar altında hər kəsi göz yaşlarına boğan daha bir hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, xilasetmə qrupları Hatay şəhərinin Antakya bölgəsində dağıntılar altında qalan 3 yaşlı Eyanı xilas edib.

Lakin 3 yaşlı uşaq anasını orada buraxmaq istəməyib. Xilasedicilər uşağı dağıntılar altından çıxararkən, son nəfəsini verən ana başını qaldırır, daha sonra gözlərini yumur.

Xilasedicilərdən biri yoldaşına deyir ki, "ana başını qaldırdı, daha sonra vəfat etdi, yəqin ki, övladını bizə əmanət edir".

70 saat sonra dağıntılar altından sağ çıxarılan Eya isə həkimlərin nəzarətindədir. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.