Dünya

Türkiyədəki zəlzələ yapon alimi niyə dəhşətə gətirdi? - VİDEO

9 Fevral 2023 04:44
Baxış: 3 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədəki zəlzələ dünyanın ən böyük quru tektonik hadisəsidir.

Milli.Az xəbər verir ki, bu barədə yaponiyalı professor Şinji Tado deyib.

Onun sözlərinə görə, bunu Böyük Haşim zəlzələsi ilə müqayisə etmək belə doğru deyil.

Böyük Haşim zəlzələsi 1995-ci ildə Yaponiyada baş verib. Yaponiya hökuməti iki gün zəlzələ bölgəsinə yardım göndərə bilməmişdi. 7,2 ballıq zəlzələ minlərlə itkiyə, milyardlarla ziyana səbəb olub.

Ş.Tado isə Türkiyədə baş verən 7,6 və 7,7 ballıq zəlzələnin miqyasının daha böyük olduğunu hesab edir: "Hətta dünyanın ən böyük quru zəlzələsidir deyə bilərik".

Qazi Universitetinin Zəlzələ Mühəndisliyinin Tətbiqi və Araşdırması Mərkəzinin müdiri professir Abdussəməd Arslan hesab edir ki, baş verən zəlzələ 250 ildə bir dəfə ortaya çıxan hadisədir. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.