Dünya

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

7 Fevral 2023 23:57
Baxış: 1 921

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.

"Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub", - deyə F.Koca bildirib.

O həmçinin qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics