Dünya

Ərdoğandan Qərbə xəbərdarlıq: Qərar veriləcək!

6 Fevral 2023 08:25
Baxış: 979

Konsulluqlarını bağlayan ölkələrlə bağlı müvafiq qərarları verəcəyik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hamısı zamana oynayır. Ötən dəfə Xarici İşlər Nazirliyi hamısını çağırdı, ultimatum verdi. "Əgər bu kimi hərəkətləri davam etdirsəniz, bədəlini ağır ödəyərsiniz" dedi. Bazar ertəsi hökumətin iclası olmalıdır. Orada lazımi qərar veriləcək", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, bəzi Qərb ölkələri terror təhlükəsi olduğunu iddia edərək İstanbulda konsulluqlarını bağlayıblar. Məsələ ilə əlaqədar diplomatik korpusun rəhbərləri Türkiyə XİN-ə çağırılmışdı.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics