Dünya

Lavrovun Yaxın Şərq və Afrikaya turnesi başlayıb

5 Fevral 2023 23:37
Baxış: 576

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqda işgüzar səfərdədir.

Milli.Az "report"a istinadən bildirir ki, Rusiya xarici işlər nazirinin Yaxın Şərq və Afrika ölkələrinə səfərinin ilk dayanacağı İraqdır.

Diplomatın Mali, Mavritaniya və Sudana da səfəri gözlənilir.

Bildirilib ki, S. Lavrovun İraqa iki günlük səfəri zamanı Prezident Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd əl-Sudani, xarici işlər naziri Fuad Hüseyn və ölkə parlamentinin sədri Məhəmməd əl-Halbusi ilə görüşləri nəzərdə tutulub.

İraqın keçmiş baş naziri, "Qanun dövləti" koalisiyasının rəhbəri Nuri əl-Maliki ilə də görüş planlaşdırılır.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics