Dünya

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

1 Fevral 2023 08:42
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin satışından əldə edilən 2,3 milyard funt sterlinq Ukraynaya dəstək üçün gedəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Britaniya hökuməti artıq bu məbləği köçürməyə hazırdır, lakin Aİ-dən yekun razılıq almalıdır.

Qeyd edək ki, milyarder Roman Abramoviç ötən ilin ortalarında "Çelsi" klubunu amerikalı iş adamı Todd Bouliyə 4,25 milyard funt sterliqə satıb.

Mənbələr bildiriblər ki, tarixdə müharibə qurbanlarına verilən ən böyük xeyriyyə ianələrindən biri olacaq bu məbləğ həftələr ərzində hələ adı açıqlanmayan bir fonda köçürülə bilər.

Təfərrüatların yaxın iki həftə ərzində məlum olacağı bildirilir.

Yeri gəlmişkən, bu, rusiyalı oliqarxın Ukraynaya ilk yardımı deyil. Xatırladaq ki, Roman Abramoviç Rusiyadan olan danışıqlar nümayəndə heyətinin üzvü olub və 2022-ci ilin yazında bir neçə dəfə Kiyevə səfər edib. Onun danışıqlarda iştirakını və paytaxta səfərini prezident Vladimir Zelenski şəxsən təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.