Dünya

Britaniya: Tanklar bu tarixdə Ukraynaya veriləcək

30 Yanvar 2023 23:48
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Challenger 2" tanklarının may, yaxud Pasxa bayramı ərəfəsində Ukraynaya çatdırıla bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniya müdafiə naziri Ben Uolles deyib.

"Açığı, təhlükəsizlik səbəbindən konkret tarix deyə bilmərəm. Amma bunu deyə bilərəm ki, hər şey hər bir əsgəri ayrı-ayrı tanklarla öyrətməkdən başlayır. Ardınca yaradılan qruplar birlikdə döyüşə bilməsi üçün alay yaradılması öyrədilir. Bundan sonra tanklar cəbhəyə gələcək. Bunun yaza qədər, may, yaxud Pasxa ərəfəsində baş tuta biləcəyini deyə bilərəm", - deyə Uolles bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.