Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, ruslar Ukraynaya qarşı müharibədə böyük itkilər verdiyi üçün mobil krematoriyalardan fəal şəkildə istifadə edirlər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hazırkı fəlakətli vəziyyəti nəzərə alaraq, düşmən mobil krematoriyalardan fəal şəkildə istifadə edir. Ölən rusların cəsədlərinin tanınması və uçotu aparılmadan kremasiyalar həyata keçirilir", - Malyar bildirib.
Milli.Az