Dünya

Təbrizin Şah gölü bağı

27 Yanvar 2023 08:02
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndi El gölü adlanan və Təbrizin ən böyük parkı sayılan Şah gölü bağının təməli Ağqoyunlu sülaləsinin ilk illərində qoyulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, sonrakı illərdə Təbrizin şərq bölgəsində yerləşən əkin və bağ sahələrini suvarmaq üçün Şah gölü bağın ortasında böyük göl tikilib.

Səfəvilər dövründə göl qurudulub torpaqla doldurulsa da, Qacarlar dövründə yenidən bərpa edilib.

Qacar şahzadəsi Abbas Mirzənin oğlu Qəhrəman Mirzənin Təbriz hakimi təyin edilməsindən sonra gölün ortasında ikiqatlı saray tikilib.

Pəhləvi sülaləsi hakimiyyətə gəldikdən sonra Şah gölünün idarəçiliyi bələdiyyəyə tapışırılıb, bağ park kimi ümumi istifadəyə verilib.

Şah gölü bağı tarixi dəyərinə görə 2009-cu il fevralın 15-də 24774 nömrəsi ilə İranın milli əsərləri siyahısında qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.