Müharibədə Ukraynanın əsas çatışmazlığı budur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukraynanı dəstəklədiyini bildirən Avropa ölkələrinin göndərdiyi silah və sursata, zirehli texnikaya nəzər yetirdiyimiz zaman onların müharibənin gedişatına ciddi təsir edəcək gücdə olmadığını görürük. Sözügedən silahlar daha çox müdafiə üçündür. Müharibədə Ukraynanın əleyhinə olan ən əsas məsələ isə əlində Rusiyanın raket hədəflərini məhv edəcək silah-sursatların, güclü HHM sistemlərinin olmamasıdır. Ölkədə kütləvi şəkildə hərbi sənayeyə keçid üçün də hazırlıq yoxdur. Rusiya SSRİ-nin varisi kimi külli miqdarda silah sistemlərinə, zirehli texnikalara, döyüş təyyarələrinə, helikopterə və s. sahibdir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a Ukrayna Prezident Ofisi başçısının keçmiş müşaviri Aleksey Arestoviçin Kiyevin getdikcə döyüş meydanında qalib gəlmək şansını itirməsi haqqında açıqlaması və son günlər Rusiyanın irəliləməsi haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Alimin sözlərinə görə, Rusiya yeni ərazilər işğal etsə belə, orada çox qala bilməyəcək:
"Məsələ burasındadır ki, Rusiya texnoloji baxımdan nə qədər geri qalsa da, əlində olan silahlar, əhalinin sayı və resurslar baxımından Ukraynadan güclüdür. Hətta bu səbəbdən müharibənin əvvəlində Rusiyanın bir neçə gün ərzində Kiyevi tutacağını deyənlər də var idi. Lakin müharibənin belə uzanmasının səbəbi rus ordusundakı nizam-intizamsızlıq, döyüş planlarının doğru şəkildə hazırlanmaması və rəsmi Moskvanın həddindən artıq özünə arxayınlığı oldu. Digər tərəfdən beynəlxalq mexanizmlərə təsir baxımından da Rusiyanın imkanları daha genişdir. Çünki Rusiya həm də BMT TŞ-nin daimi üzvlərindən biridir. Lakin bir şeyi də vurğulamaq istəyirəm ki, Rusiyanın son günlərdə irəliləməsi, daha çox ərazilər işğal etməsi əslində özünə ziyandır. Çünki bu əraziləri əldə saxlamaq əlavə iqtisadi itki deməkdir və Rusiya müharibədə qalib gəlsə belə, o, uzun müddət orada qala bilməyəcək, yaxud işğalın nəticəsi olmayacaq. İndiki dövrdə on doqquzuncu əsrdəki kimi bir ölkəni işğal edib orada həmişəlik qalmaq mümkün deyil. Bunu biz ən son ABŞ-ın Əfqanıstana müdaxiləsində də gördük".
Professor iqtisadi sanksiyaların hazırki məqamda Rusiyanı müharibədən çəkindirməyəcəyini bildirib:
"İqtisadi sanksiyalar hansısa bir işğal prosesinin qarşısının alınmasında o qədər də çəkindirici deyil.
Qarşımızda İran örnəyi də var. Sanksiyaları tətbiq edənlər elə özləri bəzən onu pozmağa məcbur olurlar. İranın Ukraynada vurulan PUA-larında Avropada istehsal olunan detalların olduğu da üzə çıxdı. Bəs sanksiyalar o zaman nəyə yarayır? Qəbul edilən sanksiyaların səmərəli olması üçün uzun müddət vaxt lazımdır. Yəni bir, yaxud iki-üç il ərzində sözügedən sanksiyalarla Rusiyanı müharibədən çəkindirməyin mümkün olmadığını düşünürəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız





