Dünya

Putin TŞ-nin iclasını keçirdi: Ukrayna müzakirəsi...

20 Yanvar 2023 23:45
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iclasda Ukraynada hərbi əməliyyatın gedişatı, eləcə də sosial-iqtisadi məsələlər müzakirə olunub.

"Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Sergey Şoyqu əməliyyat qərargahına baş çəkməsi barədə məlumat verib", - Kremlin bəyanatında bildirilib.

Bundan əlavə, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə son beynəlxalq danışıqlar barədə məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.