Dünya

Zelenski müttəfiqlərə çağırış edib: “Vaxt itirmək olmaz”

20 Yanvar 2023 21:02
Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaxt itirmək olmaz".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında deyib.

O bildirib ki, Rusiya qoşunları yenidən qruplaşırlar: "Ona görə cəld davranmaq lazımdır".

Dövlət başçısı müttəfiqlərdən F-16 qırıcıları, uzaqmənzilli raketlər və tanklar istəyib.

Zelenski həmçinin, dəstəyə görə müttəfiqlərə təşəkkür edib: "Göndərilən yardım Ukraynanı Rusiya terrorundan xilas edir: Lakin vaxt mühüm məsələdir. Odur ki, bizim çox az vaxtımız var. Yardım daha da sürətlənməlidir. Rusiya ümumbəşəri dəyərləri məhv etmək istəyir. Müdafiə üçün Ukraynaya yüzlərlə tank lazımdır. Zaman müttəfiqlərin ümumi silahına çevrilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.