Dünya

13 yaşlı qız anasını öldürdü: dəhşətli səbəb

19 Yanvar 2023 09:40
Baxış: 2 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Şizuoka prefekturasında məktəbli qız yatmış anasını vəhşicəsinə bıçaqlayaraq ölümünə səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yataq otağında bıçaqlanmış qadını aşkar edən xadimə polisə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları 13 yaşlı qızın anasına ölümcül yaralar vurduğunu bildiriblər, qız törətdiyi əməli polisə etiraf edib.

Məlum olub ki, məktəbli qətldən bir qədər əvvəl daim smartfondan istifadə etdiyi üçün anası ilə mübahisə edib və onu öldürmək qərarına gəlib. Qız anası yuxuya gedənə qədər gözləyib, yataq otağına girib və qadına bıçaqla hücum edib. Həmin bıçaq hadisə yerində aşkarlanıb.

Məktəbli yetkinlik yaşına çatmayan cinayətkarlarla iş üçün xüsusi müəssisəyə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.