Dünya

Britaniyada atom elektrik stansiyasının işçilərini daşıyan ikimərtəbəli avtobus aşıb - FOTO

18 Yanvar 2023 12:48
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın cənub-qərbində yerləşən Bridcuoter şəhərində ikimərtəbəli avtobus qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə içində 70 sərnişin olan avtobus aşıb. Xeyli sayda sərnişin xəsarət alıb, ölüm halı ilə bağlı hələlik məlumat yoxdur.

Bu barədə yerli xilasetmə xidmətindən məlumat verilib.

Əsas magistral yolun qəza baş verən hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Təcili yardım xidmətləri hadisə yerindədir.

Polisdən verilən məlumata görə, hadisəyə səbəb avtobusla motosikletçinin toqquşması olub.

Həmçinin qeyd edilir ki, avtobus "Hinkley Point C" atom elektrik stansiyasından işçilərini daşıyırmış.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.