Dünya

Dünyanın həm vaxt, həm də məsafə cəhətdən ən uzun çay kruizi başlayır - FOTO

14 Yanvar 2023 18:51
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Hindistandan dünyanın ən uzun çay kruizinə start verilib. Komfortlu "MV Ganga Vilas" paroxodu Qanq çayının sahilində yerləşən Varanasidə (Uttar Pradeş) 51 günlük səfərə başlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beş ştatın ərazisindən keçərək 3,2 min km məsafə qət edəcək üçgöyərtəli gəmi Qanqdan əlavə Hindistan və Banqladeşin daha 27 çayı boyunca hərəkət edəcək.

Kruizə qatılan 33 isveçrəli turist 51 gün ərzində Hindistanın zəngin mədəni və tarixi irsi ilə tanış olacaq. Proqrama 50 turizm mərkəzinə, o cümlədən BMT-nin Dünya Mədəni İrsi obyektlərinə, milli parklara və Patna, Sahiqanc, Kəlküttə, Quvahati və Dəkkə kimi böyük şəhərlərə səfərlər daxildir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.