Dünya

Ukraynadakı müharibədə indiyə qədər 453 uşaq həlak olub

13 Yanvar 2023 14:08
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 453 uşaq ölüb, 880 uşaq yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1333-dən çox uşaq zərər görüb. 2023-cü il yanvarın 13-də səhər saatlarına olan məlumata görə, gündəlik qurbanların rəsmi sayı 453-dür, xəsarət alanların sayı isə 880-dir", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu yekun rəqəm deyil, müvəqqəti işğal altında olan ərazilər və döyüşlərin intensiv getdiyi ərazilərdən məlumat əldə etmək mümkün deyil.

"Rusiya silahlı qüvvələrinin bombardmanları və top atəşləri nəticəsində 3126 təhsil müəssisəsi zərər görüb. Onlardan 337-si tamamilə məhv edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.